İstanbulda müalicə alan Qırğızıstan prezidenti Moskvaya aparıldı
Qırğızıstan prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu məqsədlə A.Atambayev artıq Rusiya Prezidentinin İşlər İdarəsi yanında Mərkəzi Klinik Xəstəxanaya gətirilib.
Rəsmi Bişkekdən verilən açıqlamada prezidentin Moskvaya şəxsən Rusiya tərəfinin dəvəti ilə aparıldığı bildirilib.
Xatırladaq ki, Almazbek Atambayevin səhhətində problem sentyabrın 19-da İstanbulun Atatürk hava limanında olduğu zaman yaranıb. Qırğız liderinin buradan BMT-nin Nyu-Yorkda keçirilən 71-ci sessiyasında iştirak etmək üçün Birləşmiş Ştatlara gedəcəyi planlaşdırılırdı. Bundan sonra Türkiyədə müayinə olunan Almazbek Atambayevə həkim nəzarətində olması tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR
16:26
613
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
670
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
793
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
585
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
687
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
470