ABŞ-ın kommersiya ehtiyatları azalır, neftin qiymətləri stabilləşir

Dünya bazarında neftin qiyməti stabilləşməyə başlayıb. APA TV-nin xəbərinə görə, son 24 saat ərzində “Brent” markalı neftin maksimum qiyməti 47,77 dollar təşkil edib.

 

Qərbi Texas nefti isə gün ərzində dəyərini itirib. Sutka ərzində maksimum 46,48 dollardan satılan WTİ nefti səhərə yaxın ucuzlaşıb. Səhər seanslarında bu markadan olan neftin bir bareli 45,78 dollardan təklif olunur.

 

Neftin qiymətinin yüksək hədlərdə stabilləşməsinə ABŞ-ın kommersiya neft ehtiyatlarının azalması təsir göstərib. Açıqlanan hesabat bazar iştirakçıları üçün gözlənilməz olub. Ehtiyatların bir həftə ərzində 6,2 milyon barel azalması səbəbindən qiymətlər ciddi şəkildə artmasa da, yuxarı hədlərdə stabilləşib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR