Moskvada 8 yanğınsöndürən hadisə yerində öldü

Moskvada süni gül anbarında baş vermiş yanğının söndürülməsi zamanı 8 yanğınsöndürən ölüb. Bu barədə APA TV TASS-a istinadən xəbər verir.

 

“Moskvanın Amurskaya küçəsində yerləşən süni gül anbarında baş vermiş yanğının söndürülməsi zamanı 8 yanğınsöndürən ölüb. Yanğına dördüncü təhlükəlilik dərəcəsi verilib”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

FHN-dən bildirilib ki, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyiblər.

 

Yanğınsöndürənlər anbarda olan qaz balonlarını və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər.

 

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın kəşfiyyatı aparıb, 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər", - deyə məlumatda bildirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR