Maşını sürətlə sürdüyünə görə bıçaqla qətlə yetirdi - SALYANDA DƏHŞƏTLİ CİNAYƏT

47 yaşlı Salyan şəhər sakini Ədalət Rəsulov həmyerlisi 29 yaşlı Nizami Rzayevi bıçaqla qətlə yetirib.

 

APA TV-nin məlumatına görə, hadisəyə səbəb Nizaminin maşın ustası işləyən Ədalətə məxsus sexin qarşısından avtomobillə sürətlə keçməsi göstərilir.

 

Yaşca özündən böyük olan Ədalət ona irad bildirib. Arada yaranan mübahisəni davam etdirməyə qərar verən həmyerlilər Kür çayının sahilinə gəlib. Orada Ədalət sexdən özü ilə götürdüyü bıçaqla Nizamiyə 6 bıçaq zərbəsi endirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nizami Rzayev cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Hadisəni törədən Ədalət Rəsulov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR