Binəqədi ərazisində iki tanışın mübahisəsi qanla nəticələndi - HADİSƏ YERİNDƏN
Binəqədi rayonu ərazisində iki tanışın mübahisəsi qanla nəticələnib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Abay Kunanbayev küçəsi 18 ünvanında yerləşən yataqxananın qarşısında baş verib.
Yaxınlıqda yerləşən kafelərin birində yeyib içən Kərim Rəhim oğlu Abdullayevlə Vüqar Şöhrət oğlu Əliyev sonradan mübahisə ediblər. Kafedə başlayan mübahisə çöldə də davam edib. Söz davası əlbəyaxaya keçəndə 25 yaşlı Kərim cibindən bıçaq çıxarıb: "Söyüş söydü, mən də vurdum. Birini sol tərəfdən, birini arxadan".
Xəstəxanaya çatdırılan Vüqar Əliyevin həyatını xilas etmək mümkün olub. Vurulan iki zərbədən biri daxilə nüfuz etdiyindən, həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirib.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində CM-nin 125-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı