Əsəd: "Humanitar karvanın bombalanmasının Suriya və Rusiya ilə əlaqəsi yoxdur"
"BMT-nin Suriyaya humanitar yardım aparan maşın karvanına sentyabrın 19-da edilən hücumun nə Suriya, nə də Rusiya ilə heç bir əlaqəsi yoxdur. Vaşinqtonun bu istiqamətdəki ittihamlarının heç bir əsası yoxdur".
APA TV-nin "Associated Press" agentliyinə istinadən xəbərinə görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.
O, fikirlərini hücuma məruz qalan yardım karvanının terrorçuların nəzarət etdiyi ərazidə olduğu ilə əsaslandırıb.
Bəşər Əsəd eyni zamanda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Deyr-əz-Zor vilayətində Suriya qoşunlarına bilərəkdən zərbə endirdiyini açıqlayıb: "Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz".
Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində 62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdar etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını İŞİD terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı