İŞİD Türkiyə ərazisini "Katyuşa" ilə vurdu, çoxlu yaralı var
Türkiyənin Kilis şəhəri İŞİD terrorçularının raket atəşinə məruz qalıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İŞİD-in nəzarət etdiyi Suriya torpaqlarından atılan iki "Katyuşa" mərmisi şəhərin mərkəz hissəsinə düşüb.
Partlayış nəticəsində 5-i uşaq 6 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım avtomobilləri cəlb olunub. Partlayışdan sonra anonslarla bölgənin boşaldılması tələb olunub.
Kilis valisi İsmail Çataklı raket mərmisi düşən yerdə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib. Onun özlərinə görə, 6 yaralıdan beşinin vəziyyəti yaxşıdır.
OXŞAR XƏBƏRLƏR
16:26
628
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
684
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
806
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
589
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
689
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
472