Rusiyaya qarşı sanksiyalar 5 il uzadıldı - ABŞ-DAN SƏRT QƏRAR

ABŞ Konqresinin aşağı palatası Ukraynaya dəstək göstərilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sənəd eyni zamanda Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutur.

Sanksiyalar paketinə həmçinin sənədin məhdudiyyətlərin beş il ərzində qüvvədə olacağı göstərilən müddəa da daxil edilib. Konqresdən verilən məlumata əsasən, sənəd müzakirələrdən sonra yekdilliklə qəbul edilib.

 

Paketin təşəbbüskarlarından olan Eliot Engel sanksiyaların yumşaldılması üçün rəsmi Moskvanın Minsk razılaşmalarına əməl etməli, eləcə də Ukraynanın özünün şərq sərhədlərinə tam miqyasda nəzarət etməsini təmin etməlidir.

Sanksiyaların müddətinə toxunan konqresmen sənədin Krım regionunun Ukrayna sərhədləri daxilinə qayıdacağı vaxtadək öz qüvvəsini saxlayacağını bildirib.

 

Yeni sanksiyalar paketi ilə paralel olaraq onlara əməl edilməsinə nəzarət mexanizminin də sərtləşdiriləcəyi nəzərdə tutulub.

 

Qanun layihəsi eyni zamanda Ukrayna aktivlərini qanunsuz olaraq nəzarətdə saxlayan Rusiya bankları barəsində məlumatların toplanılması qaydalarını da müəyyən edir.

 

Paketdəki diqqət çəkən vacib məqamlardan biri Rusiya tərəfi üçün NATO üzvü olan dövlətlərdən hərbi avadanlıq və xidmətlərin əldə edilməsinin məhdudlaşdırılması, habelə, adları insan hüquqlarının pozulmasına adları hallanan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsidir.

 

Sənədin müəllifləri eyni zamanda ABŞ hakimiyyətini Rusiya təbliğatına qarşı mübarizə strategiyasının hazırlanmasına çağırır.

 

Paketin preambulasında onun Ukrayna hakimiyyətinə ölkənin ərazi bütövlüyünün bərpası, eləcə də Rusiyanın aqressiv hərəkətlərindən müdafiə etmək məqsədilə qəbul edildiyi qeyd olunub.

 

Qeyd edək ki, təsir müddəti 5 il nəzərdə tutulan sanksiyalar paketinin qüvvəyə minməsi üçün onu Senatın təsdiqləməsi və prezident Barak Obama tərəfindən imzalanması tələb olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR