Ermənilər Ağdamda təlim keçirib yanğınlar törətdi
Ermənistan silahlı qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlər keçirib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, təlim zamanı toplar, reaktiv artilleriya qurğuları, minaatanlar və zirehli texnikalardan istifadə olunub.
Erməni hərbi birləşmələri hərbi təlimlərə Ağdamın Uzundərə adlanan ərazisində başlayıb. Səhər saat 10:00 radələrindən başlayan təlimlər daha sonra Ağdam şəhəri ətrafında davam etdirilib. Toplardan açılan mərmilər dağ massivinə dəydikdən sonra yaranan tüstü və toz dumanı açıq-aydın müşahidə olunub.
Təlimlər hər yarım saatdan bir 3-4 dəqiqə aralıqla davam edib. Bütün bunlar rayonun Çəmənli kənd sakinlərinin gözü önündə cərəyan edib. Atəş səsləri altında yaşamağı gündəlik yaşam tərzinə çevirən kənd sakinləri gündəlik təsərrüfat işləri ilə məşğuldurlar.
Günün ikinci yarısınadək davam edən təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazisində aydın eşidilib. Hərbi təlimi başa vuran ermənilər təlim meydançasına yaxın yerlərə od vurduqdan sonra ərazini tərk edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı