Kəsdiyi ağacın altında qaldı - İSMAYILLIDA DƏHŞƏTLİ ÖLÜM

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində qeydə alınıb.


Kənd sakini 1992-ci il təvəllüdlü Mürsəl Qarazadə Qalınçaq avtomobil yolunun kənarındakı ağacları motorla kəsib yerə yıxarkən ehtiyatsızlıq edib. Məlumata görə, 24 yaşlı gəncin kəsdiyi ağaclardan biri qəflətən istiqamətini dəyişərək onun üzərinə düşüb və o, aldığı xəsarətlər səbəbindən hadisə yerində can verib.
 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR