Yəmən yenə bombalandı: qadınlar və uşaqlar öldü

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə "ərəb koalisiyası"nın təyyarələri Yəmənin Əl-Xudayda şəhərini bombalayıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bombardman nəticəsində azı 25 dinc sakin həlak olub, onların əksəriyyəti qadınlar və uşaqlardır.


Yaralıların da sayının kifayət qədər olduğu, ölü sayının artacağı istisna edilmir. Şəhərdə onlarla bina dağılıb.

 

Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin avqustunda başlayıb. İki il ərzində ölənlərin sayı 10 mini keçib. Ölkənin tən yarısı aclıqdan və digər humanitar yardımların çatışmazlığından əziyyət çəkir. Qarşı duran tərəflər arasında Əl-Küveytdə dəfələrlə keçirilən danışıqlar nəticəsiz qalıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR