39 yaşlı sevgilisini öldürən 24 yaşlı gəncə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonunda baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. Qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

 

Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimov olduğu aşkarlanıb. İstintaq dövründə bu şəxslərin təsadüf nəticəsində tanış olduqları müəyyən edilib. Tanışlıqdan az sonra Fəhmin qadına 9 mkr, Cavadxan küçəsində kirayə mənzil götürüb. Adı çəkilən şəxslər orada görüşməyə yaşayıblar. Günlərin birində isə aralarında mübahisə yaranıb.

 

Məhkəmə istintaqı dövründə də Fərmin Qədimov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

 

Qeyd edək ki, mərhum Sədaqət Əsgərovanın birinci nikahdan 18 yaşında oğlu olub. Fəhmin Qədimov isə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR