Hacıqabulda mənşəyi məlum olmayan cəmdəklər məhv edildi
Hacıqabulda aşkarlanan mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri çərçivəsində ötən gecə saat 03:00 radələrində Hacıqabul rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ilə reyd zamanı rayonun Nəvahi kəndi ərazisində “Opel-Astra” markalı 99 EE 367 dövlət nömrə nişanlı minik avtomobilini saxlayıblar.
Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonunun Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, antisanitar vəziyyətdə, üfunətli iy verən heyvan cəmdəkləri aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədlərin olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyənləşdirilib. Elşən Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi aydın olub.
Respublika Baytarlıq Laboratoriyasının 21 sentyabr 2016-cı il tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Yararsız ətlər Hacıqabul rayonunun məişət tullantıları üçün nəzərdə tutulan poliqonunda dezinfeksiya edilərək basdırılmaqla zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı