Rabitə və yüksək texnologiyalar naziri MSK-da olub
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə Mərkəzi Seçki Komissiyasında yaradılmış Veb-Kameralara Texniki Nəzarət Mərkəzinə baxış keçirilib.
APA TV-nin məlumatına görə, komissiyanın sədri Məzahir Pənahov nazirə mərkəzin iş prinsipi barəsində ətraflı məlumat verib.
Bildirilib ki, mərkəzdə ölkədə fəaliyyət göstərən 125 seçki dairəsinin 119-da yerləşən 1000-dən çox seçki məntəqəsindəki veb-kameraların izlənməsi üçün hər cür texniki imkanlar yaradılıb, eyni zamanda mərkəzin fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə fasiləsiz rabitə və internet xidmətləri təmin edilib.
MSK sədri rəhbərlik etdiyi qurumun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri ilə birlikdə seçki günündə mərkəzin fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq işlər həyata keçirildiyini vurğulayıb.
Referendum prosesini izləmək üçün bu günə qədər 53000 nəfərə yaxın yerli, o cümlədən 117 beynəlxalq müşahidəçinin qeydiyyatdan keçdiyini deyən Məzahir Pənahov referenduma sayılı günlərin qaldığı bir vaxtda hazırlıq prosesinin vəziyyəti barədə ətraflı məlumat verib: “Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsi sahəsində problem olmasın. İstənilən şəxs veb-kameralarla bütün prosesləri dünyanın hər nöqtəsindən MSK-nın saytı vasitəsilə izləmək imkanı əldə edəcək. İnanıram ki, biz işimizi beynəlxalq standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı