Tsipras: "Türkiyədə çevrilişə cəhd edənlərə Yunanıstanda yer yoxdur"
"Dövlət çevrilişinə cəhd edənlərə Yunanıstanda yer yoxdur". APA TV-nin məlumatına görə, bu fikri BMT-nin Baş Assambleyasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Yunanıstanın baş naziri Aleksis Tsipras deyib.
Nyu-Yorkda keçirilən iki saatlıq görüşdə qaçqınlarla bağlı Avropa Birliyi və Türkiyə arasındakı anlaşma, Kipr məsələsi və Yunanıstan sığınan 8 türk hərbçinin təhvil verilməsi məsələləri müzakirə olunub.
Dövlət çevrilişinə cəhdlə bağlı fikir bildirən Aleksis Tsipras Ərdoğana Yunanıstanın seçki ilə hakimiyyətə gələn hökumətin yanında olduğunu deyib.
"Türkiyə üçün ağır təcrübədir. Bizim bu məsələdə mövqeyimiz aydındır. Yunanıstan hökuməti və yunan xalqı daima seçki ilə iqtidara gələn hökumətin yanındadır", - deyə Tsipras əlavə edib.
Görüşdə Ərdoğan 8 türk hərbçinin təhvil verilməsi məsələsinə toxunub. Yunan baş nazir bu məsələnin beynəlxalq hüququn şərtlərinə uyğun olaraq həll olunacağını bildirib və "dövlət çevrilişinə cəhd edənlərə Yunanıstanda yer yoxdur", - deyə əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı