Vaşinqton Ərdoğanın təklifini dəstəkləməyə məcbur oldu

Con Kerri Suriyada həssas bölgələr üzərində uçuşların qadağan edilməsinin vacib olduğunu bildirib.

 

APA TV-nin Türkiyə mətbuata istinadən məlumatına görə, bu fikri diplomat Suriyada humanitar yardım TIR-larının vurulması və atəşkəs prosesi ilə bağlı danışarkən bildirib: "Müxalifləri terror qruplarından ayırmaq üçün Suriya hərbi təyyarələrinin müxaliflər və "Ən-Nüsra Cəbhəsi"nin olduğu bölgələrdə uçması qadağan olunmalıdır. Uçuşlara sərhəd qoyulmalıdır. Bu Suriya rejimin keçmişdə tez-tez "Terrorçularlarla mübarizə aparıram" bəhanəsi ilə mülki hədəflərə hücumunun qarşısını alar".

 

Kerri həmin bölgələrdə bütün uçuş vasitələrinin yerə enməsi ilə gərginliyin azalacağını və humanitar yardımların normal çatdırılacağını deyib.

 

ABŞ xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədi "işpozan" adlandırıb.

 

Qeyd edək ki, Suriyada uçuşa yasaq "təhlükəsiz bölgə" fikri Türkiyə tərəfindən 2013-cü ilin may ayından səsləndirilir. Sentyabrın 6-da Çində keçirilən "G20" toplantısında Türkiyə prezidenti uçuşa yasaq bölgə məsələsini Barak Obama və Vladimir Putinə bildirmişdi. Ağ Evdən bu təklifə müsbət cavab verilməmişdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR