Bayden Poroşenkoya xəbərdarlıq etdi: "Vədinizə əməl edin, yoxsa..."
ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukrayna hakimiyyətinə xəbərdarlıq edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Bayden prezident Pyotr Poroşenko ilə görüşündə Ukrayna iqtidarını vəd etdiyi siyasi-iqtisadi islahatların yerinə yetirilməsində məsuliyyətə dəvət edib. O, əks təqdirdə Rusiyaya tətbiq edilən sanksiyalara yenidən baxılacağı ehtimalı olduğunu bildirib.
"Hazırda Avropa İttifaqı üzvü olan ən azı 5 dövlət Moskvaya tətbiq edilən qadağalara son qoyulması istəyini dilə gətirir", - deyə Vaşinqton rəsmisi əlavə edib.
Bayden etiraf edib ki, sanksiyaların davam etdirilməsi məsələsində Almaniya, Fransa və İtaliyaya təzyiq edir.
Xatırladaq ki, Rusiyanın bəzi rəsmi şəxslərinə və iş adamlarına, eləcə də bir neçə böyük şirkətə ABŞ-ın təşəbbüsü ilə qoyulan sanksiyalara Avropa İttifaqı ölkələri də qoşulub. Həmin qadağalar Ukraynada baş verən hadisələrlə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı