Cəlilabadda 48 yaşlı kişini maşın vurub öldürdü, sürücü qaçdı
Cəlilabada piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəzadan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, qəza hadisəsini törətmiş sürücünün tapılaraq istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
16:26
628
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
684
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
806
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
589
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
689
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
473