Neft bahalaşmağa başladı: ABŞ-ın ehtiyatları azalır
Dünya bazarında neft bahalaşmağa başlayıb. APA TV-nin xəbərinə görə, ötən günlə müqayisədə "qara qızıl"ın qiymətində artım müşahidə olub.
Bu gün səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,45 dollar artaraq 47,28 dollar olub.
Qərbi Texas markası da dəyər qazanıb. WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar artaraq 45,81 dollar təşkil edib.
Neftin bahalaşmasına ABŞ-da xam neft ehtiyatlarının azalması ilə bağlı xəbərlər səbəb olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ehtiyatlar 6,2 milyon barel azalaraq 504,6 milyon barelə düşüb. Bu, fevralın 12-dən bəri ən aşağı göstəricidir. Bununla yanaşı, neft ehtiyatlarının həcmi ötən ilin eyni dövründəkindən 11 faiz yüksəkdir.
OXŞAR XƏBƏRLƏR
16:26
628
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
684
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
806
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
589
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
689
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
473