Manat yenə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 21-i ilə müqayisədə dəyişməyərək 1,6331 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8292 manatdır.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1318 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 60 qəpik, 100 türk lirəsi 55 manat 25 qəpik, 100 Gürcüstan larisi 70 manat 54 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR