Bakıda boğazından bıçaqlanan gənc polisi aldatmaq istədi

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə Bilgəh qəsəbəsinin Üzeyir Hacıbəyov küçəsində yaşayan 27 yaşlı Əli Əmrəli oğlu Cəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

 

Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Hadisə barədə xəbər tutan Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Yaralı özü üstünə şüşə düşməsi nəticəsində xəsarət aldığını deyib. Lakin həkimlər xəsarətin forma və xüsusiyyətinə görə bıçaqlanma nəticəsində alındığını bildiriblər.

 

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR