Tovuzda inək minaya düşüb

Ermənistan silahlı birləşmələri cəbhə bölgəsindəki vəziyyəti gərginlik altında saxlayaraq dinc sakinlərlə yanaşı, sərhəd kəndlərində iri və xırda buynuzlu heyvanlar üçün də təhlükəli vəziyyət yaradırlar.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, belə vəziyyət düşmənlə sərhəddə yerləşən Tovuz rayonunu Əlibəyli kəndində daha çox hiss olunur.

 

Erməni silahlıları sərhəd boyu otlaqları yandıraraq mal-qaranın otarılmasına mane olurlar. Özlərinə yem tapmayan heyvanlar isə qidalanmaq üçün daha uzaq, minalanmış ərazilərə kimi gedib çıxırlar. Bu da sonda heyvanların ölümü ilə nəticələnir. Əlibəyli kənd sakini Sevil Əliyevanın inəyidə düşmənin qurduğu tələyə düşərək məhv olub.

 

Qeyd edək ki, belə hallarla cəbhə kəndlərində yaşayan sakinlər tez-tez rastlaşırlar. Bəzən isə mal-qara düşmən tərəfə keçərək geri qayıtmır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR