Daşkəsəndə mal-qara oğruları ələ keçdi
Daşkəsəndə silsilə oğurluqla məşğul olan iki nəfər saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Bayan kənd sakini Etibar Alıyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus ümumi dəyəri 280 manat olan iki baş xirda buynuzlu heyvanının oğurlandığını bildirib.
Zərərçəkənin ərizəsi əsasında əməliyyat tədbirlərinə başlayan Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
Müstəntiq Ceyhun Mustafayevin sözlərinə görə, araşdırmalar zamanı müəyyən olunub ki, Alıyev Etibar İlyas oğluna məxsus 2 baş xırda buynuzlu heyvanları Xoşbulaq kənd sakini Teymur Polad oğlu Abbasov və Gəncə şəhər sakini Mehman Naməddin oğlu Verdiyev əvvəlcədən razılaşaraq bir qrup şəxs təşkil etməklə oğurlayıblar.
Saxlanılan 50 yaşlı Teymur Abbasov və 33 yaşlı Mehman Verdiyevin ətrafında aparılan istintaq əməliyyat tədbirləri zamanı məlum olub ki, bu, onların ilk və son əməli deyil. Polis əməkdaşları müəyyən ediblər ki, hər iki şəxs Etibar Alıyevlə yanaşı, Füzuli Məmmədov və Kəmalə Tağıyevaya məxsus mal-qaraları da oğurluq yolu ələ keçiriblər. Onlar özgə malını özününküləşdirərək Gəncə şəhərində tanımadıqları şəxsə satıblar. Əldə etdikləri pulu isə öz aralarında bölüblər.
Teymur Abbasov, saxlanılan şəxs: "Hər yerdə yolla gedirdik. Yoldan çıxmamışıq. Baxırdıq ki, sahibsiz heyvandır, onu aparırdıq. Beləcə, oğurluqları törədirdik".
Mehman Verdiyev, saxlanılan şəxs: “Şeytana lənət! Beynimizə gəldi, getdik oğurluq etdik. Gördük heç kim yoxdur, götürüb Gəncə şəhərinə apardıq. Orada isə tanımadığımız qəssaba dəyər dəyməzinə satdıq".
Zərərçəkənlərin sayının artacağı istisna edilmir. Hazırda polis əməkdaşları Teymur Abbasov və Mehman Verdiyevin ətrafında istintaq araşdırmalarını davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı