Şəmkirdə quldurluq və soyğunçuluqla məşğul olan yeniyetmələr tutuldu

Şəmkirdə quldurluq və soyğunçuluqla məşğul olan iki yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunculuqla məşğul olan Şəmkir rayon sakinləri - 17 yaşlı Bəxtiyar Cəlilov və onun həmyaşıdı Elmar Sadıqov saxlanılıb.

 

Onlar rayonun əsas istirahət guşəsini özləri üçün ünvan seçərək, burada dincələn müxtəlif şəxslərin əmlakını quldurluq və soyğunçuluq yolu ilə ələ keçiriblər. Onlar ilk çirkin əməllərini Şəmkir sakini Təbriz Tağıyevə qarşı reallaşdırıblar. Bəxtiyar Cəlilov və Elmar Sadıqov Tağıyevi döyüb xəsarət yetirərək onun mobil telefonunu, 300 manat nəğd pulunu, qol saatını və qızıl üzüyünü zorla ələ keçiriblər.

 

Baş müstəntiq Bəxtiyar Rəhimovun sözlərinə görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayət hadisəsinin Şəmkir rayon sakinləri Cəlilov Bəxtiyar Yalçın oğlu və Sadıqov Elmar Rəfayıl oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hər iki şəxs Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub.

 

Bundan başqa, hər iki şəxs elə həmin gün Gədəbəy sakini Samir Hüseynovu döyməklə mobil telefonunu və 20 manat nəğd pulu alıblar. Onlar əməllərini etiraf etməklə hadisəni sərxoşluq zəminində törətdikləri deyiblər.

 

Şəmkir polisi Bəxtiyar Cəlilov və Elmar Sadıqovun digər cinayət hadisələrində iştirak edib-etmədiyini araşdırır. Hər iki fakt üzrə araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR