Lənkəran-Lerik şosesində sürüşmə oldu

Lənkəran-Lerik şosesində yenidən sürüşmə faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yolun 27-ci kilometrliyində baş verib.

 

Torpaq qatının sürüşüb yola tökülməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb. Həmçinin eni 6 metr olan şosenin üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə yol daralıb.

 

Əraziyə dərhal 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin ağır texnikası və işçi qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yol təmizlənməklə nəqliyyatın hərəkətində yaranan məhdudiyyətlər aradan qaldırılıb. Hazırda qəza briqadası yolun yuxarı hissəsində maşınların normal hərəkətindən ötrü zolaq açmaqla məşğuldur.

 

Qeyd edək ki, yağmurlu hava şəraitində sözü gedən ərazidə torpaq sürüşmələri son zamanlar mütəmadi xarakter alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR