Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.

 

APA TV-nin xəbərinə görə, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış ediblər. Bundan sonra məhkəmə heyəti müşavirəyə gedib. 

 

Müşavirədən sonra prosesdə qərar elan olunub. Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR