Ankarada İsrail səfirliyinə silahlı hücum oldu - YENİLƏNİB

İsrailin Türkiyədəki səfirliyinə silahlı hücum olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə vətəndaşı Osman Nuri Çalışkan bıçaqla səfirlik binasına girməyə cəhd göstərib.


Polis ona iki dəfə atəş açaraq ayağından yaralayıb. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub. Hücum edən şəxsə aid olduğu bildirilən çanta xüsusi qruplar tərəfindən zərərsizləşdirilib.

 

Səfirlikdən verilən açıqlamada insident zamanı səfirlik personalının təhlükəsiz yerdə gizləndiyi bildirib.

 

Konyada doğulan Osman Nuri Çalışkanın psixoloji probleminin olduğu bildirilir. Onun "Yaxın Şərqdəki qanı durdurmaq üçün etdim" dediyi iddia olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR