Azərbaycanda lokaut qadağan edilir

"Referendum Aktı layihəsində bir çox maddələrə əlavə və dəyişikliklərlə yanaşı, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların da əmək hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik əksini tapıb". APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov diqqətə çatdırıb: "Məlum olduğu kimi, Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Yeni  Referendum Aktı layihəsində 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib ki, həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edildiyi bildirilir. Məcəlləyə görə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun, yaxud mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan - lokaut adlanır".

 

Nazir qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin hansı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir: "Amma təəssüflər olsun ki, bu gün praktikada çoxlu sayda hallara rast gəlinir ki, işəgötürənlər xüsusi ilə son vaxtlar işəgötürənlər işçilərin əmək haqlarının qaldırılması və digər səbəbləri qarşısında əsaslı göstərmədən müəssisəsinin müəyyən müddətə bağlanılması barədə qərar qəbul edir. İnanın ki, hələ bir dəfə də olsun nazirlik bu barədə qabaqcadan yazılı şəkildə xəbərdarlıq edilməyib. Amma bizə müxtəlif işçilərdən yazılı şikayətlər daxil olur bu barədə belə halların konstitusiya qaydada qarşısını alınması işçilərin sosial hüquqlarının əmək hüquqlarının qorunmasına olan birbaşa müsbət yanaşmanın əyani sübutudur.  Ona görə də lokaut məsələsi hansısa işəgötürənin şəxsi iradəsindən asılı ola bilməz və hansısa müəssisənin müvəqqəti olaraq bağlanması barədə elan yalnız ciddi səbəblərə əsaslanmalı, yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilməlidir.

 

Səlim Müslümov lokautdan istifadənin məhdudlaşdırılmasının işçilərin rifahı ilə bağlı həssas yanaşmanın ifadəsi olduğunu vurğulayıb.

 

Bundan başqa nazir bildirib ki, yerli məşğulluq mərkəzlərində çalışanların sayı 500 nəfərədək artırılacaq.


Nazirin sözlərinə görə, əgər ölkə üzrə əvvəllər bu sahədə çalışanların sayı 400 nəfər idisə, Azərbaycan prezidentin müvafiq sərəncamından sonra onların 900-ə çatdırılır. Qeyd edək ki, Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünü məşğulluq proqramında iştirak etməkdən ötrü müraciət edən şəxslərə biznesin təşkili üzrə təlimləri həyata keçirəcək daha bir qrup şəxs (təlimçi) üçün təşkil edilmiş təlim kursu başa çatıb. Daha sonra təlim kursunu başa vurmuş təlimçilərə sertifikatlar təqdim olunub.

  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR