Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək, havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz 23-27 dərəcə isti, Bakıda gecə 19-21 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR