İsrail hərbçisini bıçaqlamaq istəyən 16 yaşlı fələstinli öldürüldü
İsrail hərbçisini bıçaqlamağa çalışan fələstinli gənc öldürülüb.
APA TV-nin məlumatına görə, təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınan hadisə Qərbi Şərianın əl-Halil şəhərində baş verib.
Fələstin torpaqlarındakı İsrail işğalına və yeni məskunlaşma yerlərinə etiraz edən 16 yaşlı İssa Tarayra nəzarət nöqtəsində anidən bıçağını çıxararaq İsrail hərbçisinə hücum edib. Hərbçi bıçaq zərbəsini dəf edəndən sonra fələstinli digər hərbçiyə hücum edib. Bu vaxt ətrafdakı İsrail hərbçiləri ona atəş açıblar. Nəticədə gənc aldığı güllə yarasından ölüb.
İssa Tarayra fevral ayından bu yana bıçaqla hücum edərkən İsrail hərbçiləri tərəfindən öldürülən doqquzuncu fələstinlidir.
OXŞAR XƏBƏRLƏR
16:26
639
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
695
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
817
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
591
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476