Zaqatalada yolu təmizləyən işçini maşın vurdu

Zaqatalada mənzil kommunal təsərrüfatının işçisi iş başında maşınla vurulub.

 

APA TV-nin  məlumatına görə, hadisə bu gün saat 06.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 129-cu kilometrliyində baş verib.

 

Rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Rasim Saleh oğlu Ağayev idarə etdiyi “VAZ-21124” markalı 10 SG 912 dövlət nömrə nişanlı avtomobillə ərazidə yol kənarını təmizləyən Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Qüdrət Müsənnif oğlu Şabanovu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qüdrət Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA TV-yə bildirilib ki, Qüdrət Şabanova qapalı kəllə-beyin travması, baş sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağırdır. Lazımi ilkin tibbi yardım göstərilən zərərçəkənin vəziyyəti ağır olduğundan, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR