İŞİD əsir götürdüyü rus hərbçisinin görüntülərini yaydı

İŞİD qruplaşması girov götürdüyü Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşının görüntülərini yayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, kadrlarda özünü xidmətin 2-ci Əməliyyat Şöbəsinin əməkdaşı, kapitan Yevgeni Petrenko kimi təqdim edən şəxs İŞİD üzvləri tərəfindən əsir götürüldüyünü bildirib.

 

Üzərində "kafir" yazısı olan Y.Petrenko Rusiya prezidenti Vladimir Putin, Rusiya xalqı və əməkdaşı olduğu Federal Təhlükəsizlik Xidmətindən əsirlikdən azad edilməsi üçün tədbirlər görməyi xahiş edib.

 

Qeyd edək ki, Rusiya hökuməti hələlik baş verənləri şərh etməyə tələsmir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR