Yolsuzluqdan əziyyət çəkənlər: "Bizim ciyərlərimiz gör nə gündədir..."
Bir aydan çoxdur Qubadan Xaçmaza və əks istiqamətdə hərəkətdə olan şəxslər bu vəziyyətlə qarşılaşır.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, uzunluğu 28 km olan yolun 6-7-ci km-də iyul ayından təmir işlərinə start verilib. Bir müddət sonra yolda təmir işləri dayandırılıb. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə bu yoldan istifadə edən sürücülərdir.
Bu yoldan istifadə edən Namiq Həşimov tez-tez qəzaların baş verdiyini bildirib: "O gün bir daş çıxıb dəyib bir sürücünün maşının şüşəsinə. Şüşə qırılıb və hissələri dəyib sərnişinin başına, onun da başı qanayıb. Ondan əlavə maşınlar dağılır, toz yaranır. Bir tədbir görsünlər. Heç olmasa, dağıtdıqları hissəsini asfaltlasınlar ki, camaat bu vəziyyətdə gedib gəlməsin".
Yergüc kənd sakini Cavanşir Ağamirov da vəziyyətin acınacaqlı olduğunu qeyd edib: "2 aydan çoxdur yolu dağıdıblar, bərbad gündədir. Qonşu bağlar məhv olub gedir. Düzəltmirdilər, heç olmasa əl dəyməzdilər. Maşın sürmək mümkün deyil".
Başqa bir sürücü isə bu halın həm avtomobilə, həm də sürücü və sərnişinlərin səhhətinə mənfi təsir etdiyini vurğulayıb: "Ağyazı kənd yolu çox gözəldir. Quba ilə Xaçmazı birləşdirən yola bax. Bir dəqiqədə burdan xeyli maşın keçir, bu tozu biz uduruq. Açın maşının motorxanasına baxın, görün, nə gündədir. Mənim qarnım da, ciyərlərim də o gündədir".
Sadalanan problemlərin yaxın günlərdə aradan qaldırılacağı bildirilib. Artıq bu gündən təmir işləri yenidən bərpa olunub və yola asfalt vurulması üçün hazırlıq işlərinə başlanılacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı