Dollar və avro ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 20-si ilə müqayisədə ucuzlaşaraq 1,6331 manat olub.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8176 manatdır.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1174 manatdır. Beləliklə, funt sterlinq də ucuzlaşma nümayiş etdirib.
Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 türk lirəsi 54 manat 70 qəpik, 100 Gürcüstan larisi 70 manat 70 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı