ABŞ prezidenti İsraili "işğalçı" adlandırdı

ABŞ prezidenti statusu ilə BMT Baş Assambleyasında sonuncu dəfə çıxış edən Barak Obama İsraili işğalçı adlandırıb. APA TV-nin məlumatına görə, ABŞ-ın beynəlxalq miqyasa əldə etdiyi uğurlardan danışan Obama Suriyada vətəndaş müharibəsi və İsrail-Fələstin münaqişəsinə də toxunub.

Obama bildirib ki, İsrail Fələstin torpaqlarında ömrü boyu işğalçı dövlət kimi qala bilməyəcəyini anlamalıdır: "Əmin olduğumuz bir şey var. Fələstinlilər inadından əl çəkib İsraili dövlət kimi tanısa, İsraildə Fələstin torpaqlarında sonsuzluğa qədər işğalmı dövlət kimi qala bilməyəcəyini anlasa, hər iki tərəf üçün də yaxşı olar".

 

ABŞ prezidenti Suriyada heç bir hərbi həll yolunun diplomatiyanın uğurunu təkrarlaya bilməyəcəyini deyib. Obama prezident olduğu dövrdə ölkəsinin əldə etdiyi uğurlar sırasında beynəlxalq maliyyə böhranının aradan qaldırılmasını, İranın nüvə proqramına dair əldə olunan razılaşmanı, Kuba ilə münasibətlərin normallaşmasını, Kolumbiyada partizan müharibəsinin başa çatmasını sadalayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR