Neft gözləmə mövqeyində: Birjalar FES-in qərarına köklənib

Dünya bazarında neft yenidən bahalaşmağa başlayıb. Son 24 saat ərzində birjalarda "Brent" markalı neftin ən yüksək qiyməti 46,56 dollar olub. Səhər seanslarında bu markadan olan neft 46,44 dollardan təklif olunur. Qərbi Texas nefti də gün ərzində dəyərini qismən artırıb. Noyabr ayı üçün bağlanan fyüçerslərdə WTİ neftinin qiyməti 44,82 dollardan müəyyənləşib.

 

Neftin gözləmə mövqeyində dayanmasına səbəb bu axşam açıqlanacaq iki sənədlə bağlıdır. Əvvəlcə ABŞ neft hasilatının səviyyəsi və enerji daşıyıcıları ehtiyatlarına dair hesabat açıqlanacaq, bundan sonra isə Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsinə dair qərarı bəyan ediləcək. Hər iki qərar neftin qiymətinə kəskin təsir göstərə bilər, bu səbəbdən gün ərzində birjalarda neft alqı-satqısına dair əməliyyatların azalacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR