Binəqədidə 23 yaşlı gənc bıçaqlandı
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə rayonun Səttar Bəhlulzadə 62 ünvanında törədilib. 23 yaşlı Sənan Quliyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə zamanı həmin şəxs Sənana 4 bıçaq xəsarəti yetirib və daha sonra hadisə yerini tərk edib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona dərhal ilkin tibbi yardım göstərilib. Həkimlər Sənan Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Qanlı hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
16:26
639
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
695
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
817
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
591
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476