Ərdogandan Avropa İttifaqına sərt ittihamlar!

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Avropa İttifaqını Ankara ilə miqrantlara dair əldə olunan sazişə əməl etməməkdə ittiham edib.

 

“Suriyada altı ildir müharibə davam edir, biz 2,7 milyion qaçqına sığınacaq vermişik, qapılarımızı bağlamırıq. Biz qaçqınların yerləşdirilməsinə 12,5 milyard  dollar sərf etmişik, qeyri-hökumət fondlarından isə 25 milyard dollar ayrılıb. Dünya ictimaiyyətindən bu işə cəmi 525 milyon dollar, Avropa İttifaqından isə 178 milyon dollar ayrılıb. Təəssüflər olsun ki, Avropa İttifaqı vədinə əməl etmədi.  Biz Avropa İttifaqından üzərinə götürdüyü öhdəliklərini icra etməsini gözləyirik”, - deyə Ərdoğan qeyd edib.    

 

O əlavə edib ki, Türkiyə Suriyadan və digər ölkələrdən gələn qaçqınları qəbul etməkdə davam edəcək.  

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR