Göygöldə təcili yardım maşını ilə "Jiquli" toqquşdu: xəsarət alanlar var
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV -nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolu ilə Bakı-Qazax magistral yolunun kəsişməsində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ-2107" və Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsus “QAZel” markalı təcili yardım avtomobilinin toqquşması nəticəsində “VAZ” da olan iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Xəsarət alanlardan biri Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Cavid Məmmədovdur, digərinin isə kimliyi dəqiqləşdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
639
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
695
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
817
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
591
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476