Kəmaləddin Heydərov rusiyalı həmkarını qəbul edib

Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov Fəxri Xiyabanı ziyarət edib.

 

APA TV-nin məlumatına görə, Fəxri Xiyabanda Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub.

 

Sonra Vladimir Puçkov Şəhidlər Xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın məzarlarına gül dəstələri, şəhidlərin xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə isə əklil qoyulub.

 

Sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.

 

Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, habelə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 

Görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı" imzalanıb.

 

Sonda Azərbaycan fövqəladə hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Faiq Tağızadə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin medalları ilə təltif edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR