Astarada əmək yarmarkası keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Astarada əmək yarmarkası keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, yarmarkanın keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərməkdən ibarət olub.
Ümumilikdə yarmarkada iştirak edən vətəndaşlara 16 dövlət və 5 özəl müəssisə və təşkilat tərəfindən 189 boş iş yerləri təklif edilib. Bu iş yerlərinə görə əmək haqqı 125 manatdan 560 manatadək olub.
Yarmarkada ümumilikdə 300-ə yaxın işsiz və işaxtaran vətəndaş iştirak edib. Onlardan da 30-dan çoxuna göndəriş verilib.
Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları keçmiş vətəndaşlar da işlə təmin olunub. Həmçinin ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı