BMT Suriyaya humanitar yardımları dayandırdı

Birləşmiş Millətlər Təşkilatı Suriyaya humanitar yardım gətirən maşın karvanının atəşə tutulmasından sonra bu ölkəyə yardımların göndərilməsini dayandırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu təşkilatın humanitar məsələlər üzrə koordinatoru Yens Lerke bildirib.

 

Y.Lerke qeyd edib ki, bundan sonra ölkəyə yardımların çatdırılması buradakı təhlükəsizlik səviyyəsindən asılı olacaq.

 

Qeyd edək ki, bir qədər əvvəl Hələb yaxınlığında humanitar yardım karvanının atəşə tutulması zamanı azı 12 nəfər həlak olub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR