Suriyada 2 türk əsgəri şəhid oldu

Suriyada iki türk hərbçisi şəhid olub. APA TV-nin məlumatına görə, Cerablus ilə Əl-Bab arasındakı bölgədə həyata keçirilən əməliyyatda baş verən partlayışda yaralanan hərbçilər Türkiyənin Qaziantep Universiteti Xəstəxanasına çatdırılıb.


Həkimlərin səylərinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb. Bununla “Fərat qalxanı” əməliyyatında həlak olan türk hərbçilərinin sayı 10-a çatıb.

 

Qeyd edək ki, avqustun 24-də Türkiyə Sİlahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyat nəticəsində Türkiyə sərhədində İŞİD-in nəzarətində olan Suriya torpaqları azad olunub, Cerablus və Çobanbəy terrorçulardan təmizlənib. Hərəkatın növbəti hədəfi Əl-Bab şəhəridir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR