İmişlidə ot bağlaması ilə yüklənmiş yük maşını yandı
İmişlidə ot bağlaması ilə yüklənmiş yük maşını yanıb və 10 ton ot bağlaması yanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Cəfərli kəndində qeydə alınıb.
Neftçala sakini Şirinov Sadiqə məxsus "KamAZ" markalı yük maşınına yığılan 10 ton ot bağlaması yanıb. Yanğın nəticəsində yük maşınına ciddi ziyan dəyib. Hadisə yerinə İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, ətraf sahələrə və digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
698
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
754
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
822
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
593
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476