Əsəd qüvvələri Suriyada hücuma başladı - RUSLARIN DƏSTƏYİ İLƏ
Suriya ordusu rus aviasiyasının dəstəyi ilə "Ən-Nüsra cəbhəsi" qruplaşmasının mövqelərinə doğru hücuma keçib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda Hələb şəhərinin cənub-qərb hissəsində gedən şiddətli döyüşlərdə terrorçuların ciddi itkilər verdiyi, buna rəğmən yaşayış məntəqələrini atəşə tutmaqda davam etdiyi bildirilir.
Bu arada, Rusiya tərəfinin Suriyadakı son vəziyyətlə bağlı yaydığı açıqlamada ötən sutka ərzində atəşkəs rejiminin 50 dəfədən çox pozulduğu açıqlanıb.
Baş verənlərə paralel olaraq, Hələb şəhərinə humanitar yardımların çatdırılması davam etdirilir. Ötən gün şəhərə ərzaq və tibbi vasitələrdən ibarət 23 ton həcmində yardım gətirilib.
OXŞAR XƏBƏRLƏR
16:26
698
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
754
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
822
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
593
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476