"Petkim"də FETÖ əməliyyatı: saxlanılanlar var
Türkiyənin hüquq-mühafizə orqanları "Petkim Petrokimya Holding A. Ş."də növbəti dəfə əməliyyat keçirib. APA TV-nin məlumatına görə, əməliyyat "FETÖ təhqiqatı" çərçivəsində baş tutub.
Səhər saatlarında şirkətə məxsus dörd yaşayış yerində eyni vaxtda yoxlama keçirilib. Əməliyyat daha öncə həbs olunan, sərbəst buraxılan və fərari olan şübhəlilərlə əlaqədə olan şəxslərə yönəlib. Başda İzmir olmaqla İstanbul və Kütahyanı əhatə edən əməliyyatda 13 nəfər saxlanılıb. Saxlanılanların arasında 15 iyul dövlət çevrilişinə cəhddən sonra "Petkim" tərəfindən işdən azad olunan şəxslərin də olduğu bildirilir.
Saxlanılanlar terror təşkilatına üzv olmaqda və təşkilata maddi yardım etməkdə günahlandırılır. Yoxlama zamanı evlərdən Fətullah Gülənə aid kitablar ələ keçirilib.
Xatırladaq ki, bundan öncə Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim"in baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı