Suriyada atəşkəs pozuldu: ABŞ Rusiyanı günahlandırır
Suriyanın Hələb şəhərində BMT və "Qırmızı Aypara" təşkilatına məxsus humanitar yardım karvanı hava hücumuna məruz qalıb.
APA TV-nin məlumatına görə, bu barədə məlumatı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O`Brayen də təsdiqləyib.
Hadisə nəticəsində həlak olan və yaralananların dəqiq sayı hələlik açıqlanmır.
Qeyd edək ki, 31 yük daşıyan avtomobildən ibarət yardım karvanına hava hücumu ötən gecə həyata keçirilib. Hadisənin ilk saatlarından yayılan xəbərlərdə 12 nəfərin öldüyü bildirilsə də, bu sayın artacağı güman edilir.
Aviazərbələr nəticəsində eyni zamanda yardımların çatdırılmalı olduğu Uram-əl-Kubra qəsəbəsində yerləşən tibb mərkəzi və humanitar yardımların saxlanıldığı anbar da yerlə yeksan edilib, yardım karvanındakı 18 maşın yararsız hala düşüb.
Bu arada, ABŞ Dövlət Departamentindən verilən açıqlamada bu hadisədə bilavasitə rəsmi Moskvanın məsuliyyət daşıdığı bildirilib.
"Biz bu hadisəni rusların törədib-törətmədiyini dəqiq söyləyə bilməsək də, istənilən halda rəsmi Moskvanın məsuliyyət daşıdığını bilirik. İstənilən halda bu qanlı hadisənin məsuliyyəti məhz Rusiyanın üzərinə düşür. Çünki, Rusiya Suriya hökumətini istənilən vasitə ilə bu addımlardan çəkindirməyə borcludur" - deyə, Dövlət Departamentindəki mənbə bildirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı