Qırğızıstan prezidentinin də səhhəti pisləşdi
Qırğızıstan prezidenti ABŞ-a səfərini təxirə salmağa məcbur olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Almazbek Atambayevin səhhəti qəflətən pisləşib.
Atambayev İstanbul aeroportunda özünü pis hiss etməyə başlayıb və həkimlər ona müdaxilə etdikdən sonra dövlət başçısının ürəyində problem olduğu qənaətinə gəliblər.
Hazırda Almazbek Atambayevin müalicə məqsədi ilə qısa məzuniyyət götürdüyü bildirilir. Dövlət başçısının administrasiyasından prezidentin səhhətində ciddi problem olmadığı deyilib.
Xatırladaq ki, Almazbek Atambayev Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasına qatılacaqdı.
OXŞAR XƏBƏRLƏR
16:26
698
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
754
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
822
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
593
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
692
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
476