Avro bahalaşdı, dollar dəyişmədi

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 16-sı ilə müqayisədə dəyişməyərək 1,6370 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8291 manatdır.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1346 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi dəyişməyib, Gürcüstan larisinin məzənnəsi isə ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 türk lirəsi 54 manat 99 qəpik, 100 Gürcüstan larisi 70 manat 87 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR