Bakıda müəllim oğlu anasının şagirdini döydü

Qaradağ rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, Ələt qəsəbəsində ağır xəsarətlər alan məktəbli xəstəxanaya gətirilib.

 

16 yaşlı yaralı Muradov Mustafa Fazil oğluna tibbi yardım göstərilib. Həkimlər kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan Mustafa Muradovun həyatı üçün təhlükə olmadığını bildiriblər.

 

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, 127 saylı orta məktəbin şagirdi Mustafa Muradov müəlliminin oğlu tərəfindən döyülüb. Müəllim oğlu Mustafanı anasının dərsində səs saldığı üçün döyüb.

 

Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR